ABŞ-da prezidentliyə yeni namizəd müəyyənləşdi
Bu barədə siyasətçinin rəsmi saytında məlumat verilib
Kiçik Robert Kennedi ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün Yuta ştatında lazımi sayda imza toplayıb.
Bu barədə siyasətçinin rəsmi saytında məlumat verilib.
Beləliklə, ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək yeni namizəd müəyyənləşib.
Yanvarın 5-də kiçik Kennedinin səsvermə ilə bağlı planlarını açıqlayacağı gözlənilir.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Robert Kennedi videomüraciətində Qarabağı tərk etmiş erməniləri geri qaytarmaq və öz müqəddəratını təyinetməni təşviq etmək üçün Amerika rıçaqlarından istifadə edəcəyinə söz vermişdi.