Moldova MSK: Maya Sandu 55,41% səs toplayıb YENİLƏNİB
Moldova mənbələri xəbər verir
11:32
Maya Sandu Moldovada prezident seçkilərinin ikinci turunda səslərin 99,86%-nin (930 512) hesablanmasından sonra 55,41% səs toplayıb.
Moldova KİV-i xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bu, onun prezident postunda yeni mandatını təmin edə bilər.
Eyni zamanda, onun rəqibi Aleksandr Stoyanoqlo 44,59% səs toplayıb.
Qeyd edək ki, Moldovada prezident 4 il müddətinə seçilir.
***
09:13
Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, Moldovanın hazırki Prezidenti Maya Sandu prezident seçkilərinin ikinci turunda irəlidədir.
Maya Sandu 55,09 faiz, Stoyanoqlo 44,91 faiz səslə qalib gəlib. Bunlar MSK-nın protokolların 99,14%-i işləndikdən sonra dərc etdiyi ilkin səsvermənin nəticələridir.
Seçkilərin birinci turunda 11 namizəd prezidentlik uğrunda mübarizə aparıb.