XƏBƏRLƏR / Seçki

Xaricdəki səsvermədə Ərdoğan liderdir

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək

Xaricdəki səsvermədə Ərdoğan liderdir
R.T.Ərdoğan
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Türkiyə xaricindəki seçki bülletenlərinin 67,33%-i sayılıb. Bu barədə TRT məlumat yayıb.

    İlkin nəticələrə əsasən, xaricdə keçirilən səsvermədə hazırkı prezident Rəcəb Tayyib Ərdoğan liderdir.

    Rəcəb Tayyib Ərdoğan: 55,36%

    Kamal Kılıçdaroğlu: 41,26%

    Sinan Oğan: 2,20% səs

    Anadolu” agentliyinin rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, Azərbaycanda 15 məntəqədə keçirilən səsvermə prosesində seçicilərin 49.42 faizi (3642 səs) AKP sədri Rəcəb Tayyib Ərdoğana, 41,92 faizi, (2768 səs) CHP sədri Kamal Kılıçdaroğluna səs verib.

    Bundan əlavə, Sinan Oğan 6,42 %, (424 səs), prezidentlikdən çəkilmiş Muharrem İncə isə 2,24 %,(14 səs) alıb.

    Xatırladaq ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları 5,6 və 7 may tarixlərində səsvermədə iştirak ediblər. Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malik olub.

    Xaricdə verilmiş səslərin sayımının bitdiyi ölkələr və nəticələri :

    ???????? Tanzaniya | K. Kılıçdaroğlu: 48,37%

    ???????? Serbiya | K. Kılıçdaroğlu: 48,23%

    ???????? Azərbaycan | R.T. Ərdoğan: 49,42%

    ???????? Belarus | K. Kılıçdaroğlu: 67,97%

    ???????? Bosniya və Herseqovina | R.T. Ərdoğan: 45,92%

    ???????? Çexiya | K. Kılıçdaroğlu: 87,28%

    ???????? Estoniya | K. Kılıçdaroğlu: 91,53%

    ???????? Slovakiya | K. Kılıçdaroğlu: 78,65%

    ???????? Türkmənistan | K. Kılıçdaroğlu: 49,28%

    ???????? Özbəkistan | R.T. Ərdoğan: 52,60%

    ???????? Ukrayna | K. Kılıçdaroğlu: 59,30%

    ???????? Əlcəzair | R.T. Ərdoğan: 54,64%

    ???????? Braziliya | K. Kılıçdaroğlu: 70,93%

    ???????? Bolqarıstan | K. Kılıçdaroğlu: 69,16%

    ???????? Finlandiya | K. Kılıçdaroğlu: 72,89%

    ???????? Yunanıstan | K. Kılıçdaroğlu: 75,88%

    ???????? İsrail | K. Kılıçdaroğlu : 62,90%

    ???????? İordaniya | R.T. Ərdoğan: 88,64%

    ???????? Livan | R.T. Ərdoğan: 95,44%

    ???????? Malaziya | R.T. Ərdoğan: 50,91%

    ???????? Malta | K. Kılıçdaroğlu: 73,12%

    ???????? Mərakeş | R.T. Ərdoğan: 57,19%

    ???????? Yeni Zellandiya | K. Kılıçdaroğlu: 84,13%

    ???????? Oman | K. Kılıçdaroğlu: 65,32%

    ???????? Portuqaliya | K. Kılıçdaroğlu: 91,39%

    ???????? Səudiyyə Ərəbistanı | R.T. Ərdoğan: 73,62%

    ???????? Sinqapur | K. Kılıçdaroğlu: 85,86%

    ???????? İspaniya | K. Kılıçdaroğlu: 82,06%

    ???????? Tayland | K. Kılıçdaroğlu: 79,87%

    Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,22 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.

    Parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 səs toplayıb.

    Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.