Sabah İranda parlament seçkiləri keçiriləcək
Həm də Ekspertlər Şurasına seçkilər olacaq
Martın 1-də İranda Ekspertlər Şurasına 6-cı çağırış və İslam Şurası Məclisinə (Parlament) 12-ci çağırış seçkiləri keçiriləcək.
Seçkilərdə Ekspertlər Şurasında 88 yer üçün 144 din xadimi iştirak edir.
İran parlamentində 290 yer uğrunda 15 200 namizəd mübarizə aparır.
61 milyondan çox iranlının seçkilərdə iştirak hüququ var və seçki günü 59 min seçki məntəqəsi açılacaq.
İran Konstitusiyasına görə, 88 nəfər nüfuzlu din xadimindən ibarət Ekspertlər Şurası ölkənin Ali Liderini seçir, onun fəaliyyətini müşahidə edir və əsasən də parlament və hökumətin fəaliyyətinə nəzarət edir.
Bu, 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin polis nəzarətində öldürülməsindən sonra İranda aylarla davam edən ümummilli etirazlardan sonra ilk seçki olacaq.