Vladimir Putin pulsuz efir vaxtından imtina edib
Bu barədə Putinin seçki qərargahı məlumat yayıb
Vladimir Putin federal televiziya və radio kanallarının prezidentliyə namizədlər üçün ayırdığı pulsuz efir vaxtından imtina edib.
Bu barədə Putinin seçki qərargahı Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verib.
MSK-ya prezidentliyə namizədlər arasında pulsuz efir vaxtı üçün püşkatmada iştiraka dair müraciətlər daxil olub. Seçkiqabağı təbliğat qərargahından Putinin pulsuz efir vaxtından imtina etdiyi barədə MSK-ya məktub daxil olub.
Xatırladaq ki, Vladimir Putin artıq beşinci dəfədir prezident seçkilərində iştirak edir. O, 2000-ci, 2004-cü, 2012-ci və 2018-ci illərdə də prezident seçkilərinə qatılmışdı.
Rusiyada prezident seçkiləri bu il martın 15-17-də keçiriləcək.