YSK bir milyondan artıq səsi etibarsız saydı
Bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) məlumatında bildirilib
 
                                Ötən gün Türkiyədə keçirilən prezident və parlament seçkilərində 1 milyondan artıq səs etibarsız sayılıb.
Bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) məlumatında bildirilib.
Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,22 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz səs qazanıb.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            