XƏBƏRLƏR / Seçki

Bu gün Aİ ölkələrində Avropa Parlamentinə seçkilər başlayır

Seçkilər iyunun 6-dan 9-dək keçiriləcək

Bu gün Aİ ölkələrində Avropa Parlamentinə seçkilər başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gündən Avropa Parlamentinə seçkilər başlayır.

    Niderlandda seçkilər bu gün, İrlandiyada iyunun 7-də, Latviyada, Maltada, Slovakiyada isə iyunun 8-də keçiriləcək.

    Çexiyada iki gün, 7 və 8 iyunda, İtaliyada isə 8 və 9 iyunda səsvermə keçiriləcək.

    Avropa İttifaqının (Aİ) qalan ölkələrində seçkilər iyunun 9-da keçiriləcək.

    Aİ ölkələrinin 370 milyondan çox vətəndaşı Avropa Parlamentinin 720 üzvünü seçmək hüququna malikdir.

    Bu seçkilər bir turda keçirilir və Avropa Parlamenti nümayəndələrinin milli kontingentinin müəyyənləşdirilməsinə yönəlib. Səsvermə partiyalar və ya koalisiyaların irəli sürdüyü namizədlərin tam siyahıları ilə keçirilir. 5 faiz səs toplaya bilməyən siyahılar Avropa Şurasına daxil edilmir.