XƏBƏRLƏR / Seçki

Prezident seçkilərinin saat 17:00-a olan nəticələri

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib

Prezident seçkilərinin saat 17:00-a olan nəticələri
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda növbədənkənar Prezident seçkilərinin saat 17:00-a olan nəticələri məlum olub.

    Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

    Bildirilib ki, növbədənkənar Prezident seçkilərində respublika üzrə seçici fəallığı 70,85 faizdir: "4 590 075nəfər səs verib".

    Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

    Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.