Türkiyədəki seçkilərin nəticələri BİRBAŞA
Bu gün Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri keçirilib
09:15
Türkiyədə seçki qutularının 99.99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,22 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.
TRT xəbər verir ki, parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 səs toplayıb.
Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.
07:15
Türkiyədə seçki qutularının 98,38 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,34 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45.00 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,23 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.
22:15
Türkiyədə seçki qutularının 67,55 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 51,64 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 42,53 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,32 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,51 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.
TRT xəbər verir ki, parlament seçkilərində ilkin nəticələrə görə, “Cümhur İttifaqı” 54,21 faiz, “Millət İttifaqı” 31,82 faiz, "Əmək və Azadlıq İttifaqı" 8,68 faiz, “Ata İttifaqı” 1,48 faiz, “Sosialist Güc Birliyi” 0,19 səs toplayıb.
Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.
21:55
Bu saata qədər seçki qutularının 61,30%-i açılıb.
İlkin nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 51.56%, CHP sədri Kemal Kılıçdaroğlu 42.61, ATA ittifaqının namizədi Sinan Oğan 5.32%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Müharrem İnce 0.51% səs toplayıb.
Parlament seçkilərində səslərin 4.29%-i sayılıb. İndiki məlumata əsasən, Cumhur İttifaqı 66.31%, Millət İttifaqı 22.3%, Əmək və Azadlıq 7.42% səs toplayıb.
20:13
Bu saata qədər seçki qutularının 23,58%-i açılıb.
İlkin nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 54.63%, CHP sədri Kemal Kılıçdaroğlu 39.40, ATA ittifaqının namizədi Sinan Oğan 5.41%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Müharrem İnce 0.56% səs toplayıb.
Parlament seçkilərində səslərin 4.29%-i sayılıb. İndiki məlumata əsasən, Cumhur İttifaqı 66.31%, Millət İttifaqı 22.3%, Əmək və Azadlıq 7.42% səs toplayıb.
19:50
Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Bu saata qədər seçki qutularının 12,83%-i açılıb.
İlkin nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 57.46%, CHP sədri Kemal Kılıçdaroğlu 36.66, ATA ittifaqının namizədi Sinan Oğan 5.28%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Müharrem İnce 0.59% səs toplayıb.
Parlament seçkilərində səslərin 2.4%-i sayılıb. İndiki statistikaya əsasən, Cumhur İttifaqı 68,5%, Millət İttifaqı 21,6%, Əmək və Azadlıq 6% səs toplayıb.
***
Xatırladaq ki, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.
Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.
Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Səsvermə Ankara vaxtı ilə saat 08:00-da başlayıb və saat 17:00-dək davam edib..