Ermənistan müxalifəti azərbaycanlılara əmlak satmayacaq
Bu barədə Rusiya iş adamı Samvel Karapetyan seçki təbliğatı vaxtı söyləyib
"Güclü Ermənistan" partiyası azərbaycanlıların Ermənistanda daşınmaz əmlak almasını qadağan edən qanun qəbul etmək istəyir.
Bu barədə partiya lideri rusiyalı iş adamı Samvel Karapetyan bildirib.
Ölkə konstitusiyası artıq əcnəbilərin Ermənistanda torpaq almasını məhdudlaşdırır.
Lakin "Güclü Ermənistan" partiyası hesab edir ki, bu məhdudiyyət daşınmaz əmlaka da şamil edilməlidir və xüsusilə də azərbaycanlıların "iş yerlərini tutmasından" qorxur.
"Əgər bunun qarşısını ala bilməsək, bütün iqtisadi layihələrimiz faydasız olacaq, çünki iş yerləri azərbaycanlılara veriləcək. Buna nail olmaq üçün hökumətimizin ilk iclasında vacib bir qanun qəbul edəcəyik - biz onu "Səfərova qarşı qanun" adlandırmışıq", - deyə rusiyalı iş adamı bildirib.
1 dəqiqədən az