XƏBƏRLƏR / Seçki

Türkiyədə 16 nazir deputat seçildi

Hökumət üzvlərinin 15-i böyük şəhər olmaqla 16 seçki dairəsindən parlamentə düşə bilib

Türkiyədə 16 nazir deputat seçildi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ötən gün Türkiyədə keçirilən parlament seçkilərində namizədliyi irəli sürülmüş 16 hökumət üzvü deputat seçilib.

    Hökumət üzvlərinin 15-i böyük şəhər olmaqla 16 seçki dairəsindən parlamentə düşə bilib.

    Parlamentə seçilən hökumət üzvləri aşağıdakılardır:

    Türkiyənin vitse-prezident Fuat Oktay - Ankara

    Ədliyyə naziri Bəkir Bozdağ - Şanlıurfa

    Ailə və sosial xidmətlər naziri Derya Yanık - Osmaniye

    Əmək və sosial müdafiə naziri Vedat Bilgin - Ankara

    Ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri naziri Murat Kurum - İstanbul

    Xarici işlər naziri Mövlud Çavuşoğlu - Antalya

    Enerji və təbii sərvətlər naziri Fatih Dönmez - Əskişəhər

    Gənclər və idman naziri Mehmet Məhərrəm Kasapoğlu - İzmir

    Xəzinə və maliyyə naziri Nurəddin Nebati - Mersin

    Daxili işlər naziri Süleyman Soylu - İstanbul

    Təhsil naziri Mahmud Özer - Ordu

    Milli müdafiə naziri Hulusi Akar - Kayseri

    Sənaye və texnologiya naziri Mustafa Varank - Bursa

    Kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi - Kahramanmaraş

    Ticarət naziri Mehmet Muş - Samsun

    Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu - Trabzon

    Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,22 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.

    Parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 səs toplayıb.

    Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.