XƏBƏRLƏR / Seçki

Kennedi mübarizəni dayandırdı

O, Trampı dəstəkləyəcək

Kennedi mübarizəni dayandırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-da prezidentliyə müstəqil namizəd Robert Kennedi mübarizədən çəkilib və Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəklədiyini açıqlayıb.

    Məşhur ailənin üzvü olan R.Kennedi 2024-cü il seçkilərində iki partiyanın mübarizəsi sistemini qırmağa çalışsa da seçki yarışında iştirak üçün lazımi dəstəyi qazana bilməyib. Onun seçkilərdə kimi dəstəkləməsi Pensilvaniyada məhkəmə müraciətində məlum olub. Arizonadakı çıxışından öncə məhkəməyə müraciət edən siyasətçi Donald Trampı dəstəklədiyini bəyan edib. O, seçkilərdən çəkildiyini açıqlayıb.

    Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.