XƏBƏRLƏR / Seçki

Namizədlər hansı məntəqələrdə səs verəcək?

Seçkilərdə 7 nəfərin namizədliyi qeydə alınıb

Namizədlər hansı məntəqələrdə səs verəcək?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sabah Azərbaycanın müstəqillik tarixində 8-ci dəfə prezident seçkiləri keçiriləcək. Bu il ilk dəfə seçkilər bütün ölkə ərazisində baş tutacaq. Bu, İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra keçirilən ilk seçkidir.

    Seçici siyahılarına 6 milyon 300 mindən çox seçicinin adı daxil edilib. Prezident seçkiləri üçün 6 537 məntəqə təşkil edilib.

    Seçkilərdə 7 nəfərin namizədliyi qeydə alınıb. 

    Qeydə alınan namizədlər aşağıdakı seçki məntəqələrində səs verəcək:

    İlham Əliyev - 7 saylı saylı Səbail seçki dairəsinin 1 saylı məntəqəsi

    Zahid Oruc - 23 saylı saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsi

    Razi Nurullayev - 8 saylı saylı Binəqədi birinci seçki dairəsinin 12 saylı məntəqəsi

    Qüdrət Həsənquliyev - 7 saylı saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsi

    Fazil Mustafa - 26 saylı saylı Sabunçu birinci seçki dairəsinin 3 saylı məntəqəsi

    Fuad Əliyev - 34 saylı saylı Xətai ikinci seçki dairəsinin 19 saylı məntəqəsi

    Elşad Musayev - 19 saylı saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı məntəqəsi