XƏBƏRLƏR / Seçki

Mühacirətdə olan Ərəstun Oruclu Prezident olmaq istəyir

Bu barədə Ərəstun Oruclu özü "Meydan TV"-yə danışıb

Mühacirətdə olan Ərəstun Oruclu Prezident olmaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Siyasi ekspert Ərəstun Oruclu 7 fevral növbədənkənar Prezident seçkilərində iştirak edəcək. Bu barədə Ərəstun Oruclu özü "Meydan TV"-yə danışıb.

    O, boykotun əleyhinə olduğunu deyir və seçicini, xalqı mövcud hakimiyyətlə meydanda tək buraxmağı qəbuledilməz sayır:

    Ümumiyyətlə, insanlarda “seçkiyə getdin-getmədin, nəticəsi bəllidir” əhvalını yaratmaq doğru deyil. Bu cür yanaşma seçki şüuruni insanların ağlından silir. Həmçinin, cəmiyyətin passionar hissəsini hərəkətə gətirmək lazımdır. İndiki namizədlər formatı cəmiyyəti hərəkətə gətirmək gücündə deyil, bir sıra hallarda da bəzi namizədlərin qarşısında elə vəzifə də dayanmayıb. Məhz həmin boşluğu aradan qaldırmaq məqsədi ilə seçkilərə qatılmaq qərarı verdim”. 

    O, 2013-cü il seçkilərində də namizədliyi irəli sürdüyünü yada salaraq əlavə edib ki, o zaman imza toplamaqla bağlı çətinliklər oldu:

    “Bilirsiniz ki, Azərbaycan seçiciləri imza verməyə həvəsli deyillər. Amma indiki şəraitdə işlək komanda var, o insanlar ki, məni prosesə qatılmağa ruhlandırıblar, onlar texniki işlərin görülməsini də üzərlərinə götürüblər. Alınacaqmı, onu zaman göstərəcək, birmənalı şəkildə onu deyə bilmərəm. İndidən qeydiyyata alınacaq, alınmayacaq, bu barədə danışmaq istəmirəm, nə olacaqsa, mətbuata açıqlama veriləcək”.