XƏBƏRLƏR / Seçki

Qulamhüseyn Əlibəyli prezidentliyə namizəd olmaq istəyir

Qeyd edək ki, Azərbaycanda fevralın 7-si növbədənkənar prezident seçkiləri keçiriləcək

Qulamhüseyn Əlibəyli prezidentliyə namizəd olmaq istəyir
Qulamhüseyn Əlibəyli
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fərdi qaydada öz namizədliyimi irəli sürmək istəyirəm.

    Bunu fəaliyyətini dayandırmış Aydınlar Partiyasının sədri olmuş Qulamhüseyn Əlibəyli bildirib.

    “Növbədənkənar seçkilərin keçirilməsinin bir çox səbəbləri ola bilər. Bu, Azərbaycana qarşı təhlükələrlə, prezidentin yüksək reytinqə sahib olması ilə bağlı ola bilər. Seçkilərin erkən keçirilməsinə qərar vermək dövlət başçısının konstitusiya hüquqdur. Onu mübahisələndirmək üçün heç bir səbəb yoxdur. Yəni prezidentə seçkiləri erkən keçirmək üçün qərar vermə səlahiyyətini konstitusiya verir. Seçkilərin niyə növbədənkənar olduğunu ən yaxşı Prezident bilər. Hər halda bu seçkilər olacaq. Mən də fərdi qaydada öz namizədliyimi irəli sürmək istəyirəm.  Artıq mənim sənədlərim Mərkəzi Seçki Kommisyasındadır. Sonrakı  məsələləri də müəyyənləşdirərəm”,- o, deyib.

    Qeyd edək ki, Azərbaycanda fevralın 7-si növbədənkənar prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin namizədliyi qeydə alınıb. Sabiq maliyyə naziri Fikrət Yusifov da namizədliyini irəli sürəcəyini açıqlayıb.