ABŞ Məxfi Xidməti Trampın təhlükəsizliyini gücləndirib
Bu barədə ABŞ Məxfi Xidmətindən məlumat verilib
ABŞ Məxfi Xidməti sui-qəsd cəhdindən sonra sabiq Prezident Donald Trampın təhlükəsizliyini seçki kampaniyasının sonuna qədər gücləndirib.
TASS xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Respublika Partiyasının ABŞ-ın Miluoki şəhərindəki qurultayında təhlükəsizlik tədbirləri də nəzərdən keçirilib və gücləndirilib.
Bildirilib ki, ABŞ Məxfi Xidməti gələcəkdə D.Trampa sui-qəsd cəhdinə bənzər hadisələrin qarşısını almaq üçün səlahiyyətlilərlə işləyir.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.