XƏBƏRLƏR / Seçki

Xaricdə səs verən türk vətəndaşların sayı 1 milyonu ötüb

Bu barədə “TRT Haber” xəbər verir

Xaricdə səs verən türk vətəndaşların sayı 1 milyonu ötüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi davam edir.

    “TRT Haber” xəbər verir ki, xarici nümayəndəlik və sərhəd məntəqələrində başlayan səsvermə prosesində iştirak edən Türkiyə vətəndaşlarının sayı 1 milyonu keçib. Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-də başa çatacaq.

    Qeyd edək ki, mayın 14-də Türkiyədə keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaq və qalib səs çoxluğu ilə müəyyənləşəcək.