XƏBƏRLƏR / Seçki

Türkiyə xaricində səsvermə bu gün başa çatır

Bu barədə TRT telekanalı xəbər verir

Türkiyə xaricində səsvermə bu gün başa çatır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərində prezident seçkilərinin ikinci turunda səsvermə prosesi bu gün başa çatacaq.

    TRT telekanalı xəbər verir ki, türkiyəli seçicilər üçün 73 xarici ölkədəki 151 nümayəndəlikdə 167 seçki məntəqəsi qurulub. Xaricdə yaşayan 3 milyon 423 min 759 seçicinin 1 milyon 763 min 973-ü səsvermədə iştirak edib.

    Sərhəd-keçid məntəqələrində isə səsvermə mayın 28-i yerli vaxtla saat 17:00-dək sürəcək. Xarici ölkələrdən gətirilən bülletenlər Türkiyədə səsvermə başa çatdıqdan sonra sayılacaq.

    Xatırladaq ki, prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.

    Prezident seçkilərinin mayın 28-də Türkiyə ərazisində keçiriləcək ikinci turunda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaq. Bu turda qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.