XƏBƏRLƏR / Seçki

MDB PA nümayəndələri Azərbaycanda seçkiləri müşahidə edəcək

Bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb

MDB PA nümayəndələri Azərbaycanda seçkiləri müşahidə edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçiləri Azərbaycanda 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri izləyəcəklər.

    Bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

    Məlumata görə, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək MDB PA-dan olan müşahidəçilər qrupuna Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov rəhbərlik edəcək.

    Onun namizədliyi MDB PA Şurasının iclasında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən təklif edilib.

    Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.