Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar parlament seçkilərini boykot etmək qərarına gəlib.
Bu barədə qərarı partiyanın Ali Məclisi verib.
Ali Məclis həmçinin 3 ay ərzində AXCP-nin növbədənkənar qurultayının çağırılması haqqında qərar verib.
Xatırladaq ki, 2000-ci ildən etibarən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Qeydiyyatda olan siyasi partiyalar seçkidə iştirak barədə qərar qəbul ediblər.