XƏBƏRLƏR / Seçki

Belarus MSK: Lukaşenko seçkilərdə 86,82% səslə qalib gəlib

Bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib FOTO

Belarus MSK: Lukaşenko seçkilərdə 86,82% səslə qalib gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.

    Bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.

    2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb.

    Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya - 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov - 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak - səslərin 1.74 faizini toplayıb.

    Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib.

    Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də açıqlayacaq.