XƏBƏRLƏR / Seçki

Tramp yanacağın bahalaşmasını Zelenskinin üstünə atıb

Tramp yanacağın bahalaşmasını Zelenskinin üstünə atıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskidən qiymətlərin artması ilə əlaqədar Rusiyada dizel zavodlarına və neft emalı zavodlarına hücum etməməyi xahiş edib.

    "Dizelin qiymətinin qalxması onunla bağlıdır ki, onun oradan (Rusiya Federasiyasından - ANS Press) tədarükü ilə bağlı çətinliklər yaranır. Bu, bütün dünyaya təsir edir. Biz bunu dayandırmalıyıq", - Tramp bildirib.

    Lakin ABŞ analitikləri bu bəyanatı ölkədəki seçki kampaniyası ilə əlaqələndirir. Onlar qeyd edirlər ki, bahalaşmanın əsas səbəbi Trampın İrana qarşı apardığı savaş, Hörmuz və Bab-Əl-Mandəb boğazlarının bağlanmasıdır. Seçici narazılığının Respublikaçılara qarşı yönəlməməsinə görə Tramp günahı Ukrayna və Zelenskidə axtarır.

    Qeyd edək ki, ABŞ-da benzinin orta qiyməti litri təxminən 1,17 dollar (qallonu təxminən 4,15-4,50 dollar) qalxıb, dizel yanacağının qiyməti isə litri təxminən 1,48-1,60 dollar (qallonu təxminən 6,05-6,06 dollar) rekord qimyət təşkil edir.