Tramp hər bir yetkin ABŞ vətəndaşına 5 min dollar vəd edib
Bu, noyabrda keçiriləcək aralıq seçkilərdən sonra Respublikaçılar Nümayəndələr Palatasına və Senata nəzarəti saxlasınlar şərti ilədir
Donald Tramp noyabrda keçiriləcək aralıq seçkilərdən sonra Respublikaçılar Nümayəndələr Palatasına və Senata nəzarəti saxlasalar, hər bir yetkin ABŞ vətəndaşına 5 min dollar ödəyəcəyini vəd edib.
"Əgər respublikaçılar ABŞ Nümayəndələr Palatasını və Senatını saxlasalar, o zaman bizim inanılmaz iqtisadi uğurumuza görə... Mən hər bir yetkin ABŞ vətəndaşına 5000 dollar ödəyəcəyəm. Bu, uğurlu şirkətlərin investorlara necə dividend ödədiyinə bənzəyəcək. Biz bunu “Tramp dividendləri” adlandıracağıq. Təbrik edirik!
Yeganə məhdudiyyət odur ki, dividendlər ABŞ-da xərclənməlidir. Biz istəmirik ki, siz Kanadaya gedib orada pul xərcləyəsiniz. Çinə, Almaniyaya getməyini istəmirik... Pulu ABŞ-da xərcləməlisən" - Tramp bunu Respublikaçıların Dallasda keçirilən Milli Qurultayında deyib.
1 dəqiqədən az