XƏBƏRLƏR / Seçki

Prezident seçkilərində 50 minə qədər müşahidəçi olacaq FOTO

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib

Prezident seçkilərində 50 minə qədər müşahidəçi olacaq FOTO
Məzahir Pənahov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.

    Bunu bu gün Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının təşkilatçılığı ilə keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada MSK sədri Məzahir Pənahov bildirib.

    MSK sədri deyib ki, indiyə qədər qeydiyyatdan keçən müşahidəçilərin sayı 20 minə çatıb: “Namizədlərin, partiyaların verdiyi məlumata əsasən, müşahidəçilərin sayı 50 mini ötəcək”.