XƏBƏRLƏR / Seçki

Xaricdə seçki məntəqələrinin yaradılması bu gün başa çatır

Ötən prezident seçkilərində 32 ölkədə yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərində 41 seçki məntəqəsi yaradılıb

Xaricdə seçki məntəqələrinin yaradılması bu gün başa çatır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gündən xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması prosesi başa çatır.

    Proses bu gün18:00-dək davam edəcək.

    Məlumata görə, ötən prezident seçkilərində 32 ölkədə yerləşən Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 seçki məntəqəsi yaradılıb. Belə ki, Gürcüstan, Türkiyə, Amerika, Rusiya və digər ölkələrdə olan seçicilər səsvermədə iştirak edib.

    Qeyd edək ki, Xarici İşlər Nazirliyi müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılır və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.

    Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.