XƏBƏRLƏR / Seçki

Namizəd olmaq istəyənlər üçün son gündür

Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib

Namizəd olmaq istəyənlər üçün son gündür
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

    Proses yanvarın 8-i saat 18:00-dək davam edəcək.

    Qeyd edək ki, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.

    Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib. Namizədliyi irəli sürülən 3 nəfərin namizədliyi qeydə alınıb.