İsa Qəmbər parlament seçkilərində iştirak etməyəcək
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı da deputatlığa namizədliyini irəli sürməyi planlaşdırmır
Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Bu barədə APA-ya İsa Qəmbər özü məlumat verib.
“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin irəli sürülməsini başa çatdırıb. Artıq 34 namizədimiz var. Mən namizədliyimi irəli sürməyəcəyəm, Müsavatın seçkilərdə iştirakına ümumi rəhbərliyi həyata keçirəcəyəm”.
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı da növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini irəli sürməyi planlaşdırmır.