XƏBƏRLƏR / Seçki

Bələdiyyə seçkilərində 16 174 nəfər namizəd qeydə alınıb

Namizədlər 23 siyasi partiyanı təmsil edirlər

Bələdiyyə seçkilərində 16 174 nəfər namizəd qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.

    Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

    Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər: "Onlardan 8 min 429 nəfəri siyasi partiyanın nümayəndələridir".

    Müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 25 min 685 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib.