XƏBƏRLƏR / Seçki

Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək

Bununla bağlı Mərkəzi Seçki Komissiyasından məlumat verilib

Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib. .

    Bununla bağlı Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

    Qeyd edilib ki, "exit poll" keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı ayrılan vaxt müddəti "Təqvim planı"na uyğun olaraq yanvarın 9-da başa çatıb. Bu müddət ərzində hansısa təşkilatın müraciəti qeydə alınmayıb.

    Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.