XƏBƏRLƏR / Seçki

Prezidentliyə namizədlərin sayı 7-dən çox olmayacaq

Tələb olunan sənədlərin MSK-ya təqdim edilməsi müddəti bitdi, 10 iddiaçı namizəd ola bilmədi

Prezidentliyə namizədlərin sayı 7-dən çox olmayacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Prezidentliyə namizədin qeydə alınması üçün tələb olunan sənədlərin MSK-ya təqdim edilməsi müddəti bu il yanvarın 8-də saat 18:00-da başa çatıb.

    MSK tərəfindən təsdiq edilmiş 17 namizəddən 10-u imza vərəqələrini və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri vaxtında təqdim etməyib.

    Xatırladaq ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 17 nəfər öz namizədliyini irəli sürmüşdü.

    MSK üç namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun namizədliyini qeydə alıb.

    Əvvəllər təsdiq edilmiş namizədlər - özünü irəli sürmüş Fuad Əliyev, “Böyük Quruluş” partiyasının namizədi Fazil Mustafa, “Böyük Azərbaycan” partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev qeydiyyat üçün lazım olan sənədləri vaxtında təqdim ediblər.