XƏBƏRLƏR / Seçki

Belarusda prezident seçkiləri keçirilir

Seçki bülletenində 5 namizəd var

Belarusda prezident seçkiləri keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Belarusda prezident seçkiləri keçirilir

    Respublikanın hazırkı prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla, beş namizəd ölkənin Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.

    Hazırkı dövlət başçısının seçkilərdə rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xıjnyakdır.

    Yanvarın 21-dən 25-dək ölkədə erkən səsvermə keçirilib. BELTA-nın məlumatına görə, prezident seçkilərində seçici siyahılarına daxil edilmiş vətəndaşların 41,81%-i vaxtından əvvəl səs verib.