XƏBƏRLƏR / Seçki

Moskvada 2500-dən çox Azərbaycan vətəndaşı səs verəcək

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib

Moskvada 2500-dən çox Azərbaycan vətəndaşı səs verəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Moskvada 2500-dən çox Azərbaycan vətəndaşı səs vermək və vətəndaşlıq borcunu yerinə yetirmək istəyini bildirib.

    Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

    Səfir vurğulayıb ki, ölkənin müstəqillik dövründə ilk dəfə olaraq prezident seçkiləri işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla, Azərbaycanın bütün ərazisində keçiriləcək.

    “Moskvada biz iki seçki məntəqəsi açdıq. Çünki Rusiya paytaxtında olan 2500-dən çox vətəndaşımız səs vermək və vətəndaşlıq borcunu yerinə yetirmək istəyini bildirib. Bundan başqa, Yekaterinburq və Sankt-Peterburqdakı baş konsulluqlarımızda da səsvermə başlayıb. Mən tamamilə əminəm ki, müdrik Azərbaycan xalqı bu gün düzgün seçim edəcək”, - deyə diplomat vurğulayıb.