Bu gün bələdiyyə seçki bülletenləri bölgələrə çatdırılacaq
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib
Ölkə ərazisində keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenləri ilk olaraq dünən Naxçıvana çatdırılıb.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bülletenlər dünən AZAL vasitəsiylə Naxçıvana çatdırılıb.
“Bu gün isə digər bölgələrə çatdırılması planlaşdırılır”,- deyə o qeyd edib.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.