Donald Tramp ermənilərinin səsini qazanmağa çalışır
O, öz şəxsi “Truth” sosial şəbəkəsində bununla bağlı paylaşım edib
ABŞ prezidentliyinə namizəd Donald Tramp Amerika ermənilərinin səsini qazanmağa çalışır.
Tramp şəxsi “Truth” sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda deyilir:
"120.000 erməni xristianı dəhşətli şəkildə təqib edəndə və Artsaxdan zorla köçürüləndə Kamala Harris heç nə etməyib. Kamala Harris ABŞ prezidenti olarsa, bütün dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Prezident olanda təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığın və etnik təmizləmənin dayandırılması üçün çalışacağam və biz Ermənistanla Azərbaycan arasında SÜLHÜ bərpa edəcəyik."
#budabu