XƏBƏRLƏR / Seçki

Polad Bülbüloğlu: Şuşadan deputat olmaq böyük şərəfdir

Azərbaycanın Rusiyadakı səfiri “novoye-vremya.com” saytına müsahibəsində belə deyib

Polad Bülbüloğlu: Şuşadan deputat olmaq böyük şərəfdir
Polad Bülbüloğlu 
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Parlament seçkilərinin keçirilməsi hər bir dövlətin, xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir.

    Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu  “novoye-vremya.com” saytına müsahibəsində "Azərbaycan növbədənkənar parlament seçkilərinin keçirilməsinə fəal hazırlaşır, bununla bağlı soruşmaq istərdim ki, siz Qarabağın ürəyi olan Şuşa şəhərini parlamentdə təmsil etmək üçün deputatlığa namizədliyinizi irəli sürməyi planlaşdırırsınızmı?" sualına cavab olaraq bildirib.

    O, üç dəfə “Xarıbülbül” festivalında iştirak etdiyini xatırladıb:

    "Əsasını qoyduğumuz festival ənənələrini davam etdirdiklərinə görə çox hörmətli İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Və təbii ki, Şuşanın bu gün doğma Azərbaycan torpağına qayıtması Ali Baş Komandanın xidmətidir. Biz hamımız canları bahasına doğma torpağın hər qarışını müdafiə edən əsgərlərimizə borcluyuq. Şuşalılar məni parlamentdə öz nümayəndəsi seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir.

    Bütün bu 30 il ərzində mədəniyyətimizin beşiyi olan Şuşanı geri qaytaracağımızı xəyal edirdik və buna nail olduq. Bu gün bizim əsas vəzifəmiz Qarabağın inkişafı, çiçəklənməsi üçün hər şeyi etməkdir". 

    Qeyd edək ki, Polad Bülbüloğlu 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilib.