Parlament seçkilərində qeydiyyatdan keçən müşahidəçi sayı
Bu gün MSK-nın növbəti iclası keçirilib
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar 2794 yerli müşahidəçi qeydiyyatdan keçib, onlardan 2562 nəfəri MSK-da qeydə alınıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı deyib.
Oun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 11 müşahidəçi qeydə alınıb: "Artıq beynəlxalq müşahidəçilər də seçkiləri izləmək üçün müraciətlər edirlər".