Polad Bülbüloğluna imza vərəqələri verilib
Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbədənkənar parlament seçkilərində namizədlik üçün müraciət edib.
Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Qeyd edilib ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsi təsdiq edilib.
MSK-dan o da bildirilib ki, ona imza vərəqələri verilib.