XƏBƏRLƏR / Seçki

Prezidentliyə namizədlərin get-gedə sayı artır

Namizədliyini MM deputatı BAXCP sədri Qüdrət Həsənquliyev irəli sürüb

Prezidentliyə namizədlərin get-gedə sayı artır
Qüdrət Həsənquliyev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev prezident seçkilərində namizədliyini irəli sürəcək.

    Deputatın rəhbərlik etdiyi partiyanın İdarə Heyətinin onun namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

    Deputatın müvafiq sənədlərinin tezliklə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyi bildirilir.

    Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək Prezident İlham Əliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin namizədliyi irəli sürülüb.