Prezident seçkilərində daha bir namizəd
Böyük Azərbaycan Partiyası Siyasi Şurası qərar qəbul edib
Fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində daha bir nəfərin namizədliyi irəli sürülüb.
Böyük Azərbaycan Partiyası Siyasi Şurasının qərarı ilə partiyanın sədri Elşad Musayevin Prezidentliyə namizədliyi irəli sürülüb.
Digər bir qərarla partiyanın seçki qərargahı yaradılıb və səlahiyyətli nümayəndələr təyin edilib.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və deputat Zahid Oruc da namizədliyini irəli sürəcəklərini açıqlayıb. AXCP və Müsavat partiyaları seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib.