AXCP sədri Əli Kərimlinin vəsatəti təmin edilməyib
Qərarı Səbail Rayon Məhkəməsi qəbul edib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərarın dəyişdirilməsi barədə məhkəməyə müraciət edilib.
Bu gün Səbail Rayon Məhkəməsində vəsatətə baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, vəsatət təmin edilməyib.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
1 dəqiqədən az