Rusiya azərbaycanlı bloger Hüseyn Həsənovu axtarışa verib
Hüseyn sosial şəbəkə hesabında yayılan xəbərə münasibət bildirib YENİLƏNİB

22:15
Hüseyn sosial şəbəkə hesabında yayılan xəbərə münasibət bildirib: "Xəbəri gördüm. Bəli, gurultulu səslənir - "qiyabi həbs", əslində isə hər şey o qədər də dramatik deyil. Keçən il bütün vergi məsələləri bağlanmışdı. İndi artıq vəkillərim vəziyyətlə məşğuldurlar. Biz bunu həll edib, nöqtə qoyacağıq".
***
19:30
Azərbaycanəsilli rusiyalı bloger Hüseyn Həsənov axtarışa verilib.
O, çirkli pulların yuyulması maddəsi ilə açılan cinayət işi çərçivəsində axtarışa verilib.
Hüseyn Həsənovun barəsində qiyabi həbs qərarı çıxarılıb. Blogeri 7 ilə qədər həbs cəzası gözləyir.