Jurnalist Şahnaz Bəylərqızı 3 ay yarım müddətinə həbs edilib
Xətai Rayon Məhkəməsində Bəylərqızına (Hüseynovaya) qarşı istintaq orqanının təqdimatına baxılıb

Xətai Rayon Məhkəməsində jurnalist Şahnaz Bəylərqızına (Hüseynova) qarşı istintaq orqanının təqdimatına baxılıb.
İstintaq orqanının vəsatəti təmin edilib, Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib.
Jurnalistə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, bir gün əvvəl Şahnaz Bəylərqızının polis tərəfindən saxlanılması xəbəri yayılmışdı.