XƏBƏRLƏR / Media

Polis jurnalist Şahnaz Bəylərqızını saxlayıb

DİN: Şahnaz Hüseynova (Bəylərqızı) araşdırma aparılması zərurəti ilə əlaqədar saxlanılıb

Polis jurnalist Şahnaz Bəylərqızını saxlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalist Şahnaz Bəylərqızını saxlayıb.

    Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər.

    Onun mənzilində axtarış aparıldığı qeyd edilir. Ehtimallara görə, Toplum TV işi ilə bağlı bir jurnalist saxlanılıb.


    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şahnaz Hüseynova (Bəylərqızı) araşdırma aparılması zərurəti ilə əlaqədar saxlanılıb.