XƏBƏRLƏR / Media

TDT Media və İnformasiya üzrə işçi qrupunun iclası keçirilir

Bakıda keçirilən iclasda növbəti toplantının keçirilmə yeri və tarixi müəyyənləşəcək

TDT Media və İnformasiya üzrə işçi qrupunun iclası keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir.

    İclas çərçivəsində TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə olunacaq və sənədin 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənməsi gözlənilir.

    Bununla yanaşı, TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılacaq.

    Həmçinin, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təqdim olunan təkliflər haqqında danışılacaq.