Məşhur türkiyəli jurnalist vəfat edib
Deniz Arman ağciyər xərçəngindən müalicə olunurdu0
Məşhur türkiyəli jurnalist Deniz Arman 64 yaşında vəfat edib.
Türkiyə mediası xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
D.Arman ağciyər xərçəngindən müalicə olunurdu.
Qeyd edək ki, o, müxtəlif telekanal və qəzetlərdə çalışıb. Sonuncu iş yeri Kanal D olub, 2014-cü ildə isə telekanalla yollarını ayırıb.