Türkiyəli məşhur televiziya aparıcısı Reha Muhtar vəfat edib
O, bir müddət öncə ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi
Türkiyəli məşhur televiziya aparıcısı Reha Muhtar 66 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
O, bir müddət öncə ürək çatışmazlığı diaqnozu ilə Bodrumdakı xəstəxanalardan birinə yerləşdirilmişdi.
Reha Muhtar televiziya fəaliyyəti ərzində "Kanal D", "Star Tv", "Fox Tv", "Show Tv" və başqa kanallarda çalışıb. O bir müddət "Beşiktaş" futbol klubunun mətbuat xidmətində də fəaliyyət göstərib.

1 dəqiqədən az