XƏBƏRLƏR / Media

"Mədəniyyət" qəzetinin çapı dayandırıldı

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib

"Mədəniyyət" qəzetinin çapı dayandırıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Mədəniyyət" qəzetinin çapı dayandırılıb.

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək.

    Qeyd edək ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub.

    Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.