Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndələri ilə görüşüb
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin direktorunun müşaviri və Anadolu Agentliyinin baş redaktoru Şuşada səfərdədilər
IV Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin direktorunun müşaviri Bora Bayraktar və Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhan ilə görüşüb.
Görüşdə qonaqlar Şuşa Qlobal Media Forumuna dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə qonaqlara təşəkkür ediblər.
Hacıyev Azərbaycan və Türkiyə arasında media sektorunda əməkdaşlıq platformasının əhəmiyyətini vurğulayıb və bu sahədə əməkdaşlığın müxtəlif aspektlərinə toxunub.
Müzakirə zamanı həmçinin Azərbaycan və Türkiyənin dezinformasiyaya qarşı birgə mübarizəsi, mediada süni intellekt texnologiyalarından istifadə, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətlərin əlaqələndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.
1 dəqiqə