Xətai Rayon Məhkəməsi daha bir jurnalisti həbs etdi
Arqument.az saytının baş redaktoru Şəmsəd Ağayev 2 ay 1 gün müddətinə həbs edilib

Xətai Rayon Məhkəməsində Arqument.az saytının baş redaktoru Şəmsəd Ağayevə qarşı istintaq orqanının təqdimatına baxılıb.
İstintaq orqanının vəsatəti təmin edilib, Ağayev 2 ay 1 gün müddətinə həbs edilib.
Jurnalistə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ağayev fevralın 5-də polis tərəfindən saxlanılıb.