Tramp İlham Əliyevin açıqlaması ilə bağlı paylaşım edib
ABŞ Prezidenti "Breitbart" nəşrindəki məqaləyə istinad edib
ABŞ Prezidenti Tramp azərbaycanlı həmkarı İlham Əliyevin açıqlaması ilə bağlı məqaləni paylaşıb.
Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkəsində İlham Əliyevin Şuşada keçirilən 4-cü Qlobal Media Forumundakı çıxışına həsr olunmuş məqalə dərc edib.
Məqalədə İlham Əliyevin Trampı "sülh adamı" adlandırdığı və onun Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə edilməsindəki rolunu qeyd etdiyi qeyd olunub.
1 dəqiqədən az